Almaniya mətbuatı: “Berti Foqts Azərbaycan yığmasında işləməyi özünə necə sığışdırır?”
21.04.2008 - 11:33
Almaniyalı həmkarımız ölkəmizlə bağlı təəssüratlarını belə başlayıb: “Hava limanında viza üçün Almaniya pasportuna möhürü 95 dollara vurdular. Ümumilikdə orada hər şey fərqlidir. Bu qorxudan sonra daha bir qeyri-adilik gördük ki, bu da benzinin qiyməti ilə bağlı idi”. Almaniyalı jurnalisti “Şəfa” stadionuna baş çəkib tələbələrarası birinciliyin açılış mərasimində iştirak edən B.Foqtsun ətrafındakılar da cəlb edib: “Foqts Azərbaycanın xalq qəhrəmanı Ələkbər Məmmədovla birgə meydana daxil oldu. Bu vaxtadək isə Azərbaycanın Britni Spirsi – Röya azarkeşlərin önündə çıxış edir”.
“Bild”in əməkdaşı mütəxəssisə seçimi ilə bağlı verdiyi sualın cavabını da alıb: “Mən bu dəvətə sevinirəm. Çünki futbolu inkişaf etməkdə olan ölkəyə getmişəm. İşimdən zövq alıram. Mən özümə yaş həddi qoymamışam ki, nə vaxtadək məşqçi kimi çalışım”.

0
0