Azərbaycan İntertoto kubokunda Slovakiya təmsilçisi ilə görüşəcək
21.04.2008 - 17:12
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycanın İntertoto kubokunun 2008/09 mövsümündə rəqibi bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkün nəticələrinə əsasən, turnirdə ölkəmizi edəcək komanda Slovakiya təmsilçisi ilə görüşəcək. İlk görüşün Azərbaycanda keçirilməsi nəzərdə tutulub. Püşkatma İntertotoda potensial rəqiblərimizi də müəyyənləşdirib. Belə ki, ikinci və üçüncü mərhələyə vəsiqə qazanacağımız halda, müvafiq olaraq Belçika və Rumıniya komandaları ilə görüşəcəyik. Komandamız ikinci mərhələyə çıxacağı halda, ilk oyunu səfərdə, üçüncü mərhələdə isə ilk matçı öz meydanında keçirəcək. Bu il sonuncu dəfə təşkil ediləcək İntertoto kubokunun ilkin təsnifat mərhələsi oyunları iyunun 21-22 və 28-29-da keçiriləcək.
0
0