Azərbaycan yığması Birləşmiş Ərəb Əmirliklərinə yenə uduzub
21.04.2008 - 18:20
Azərbaycan yığması Birləşmiş Ərəb Əmirliklərinə yenə uduzub
Bakı. Aqşin Əliyev - APA-Sport. Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq görüşünə çıxıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Çimərlik Futbolu Federasiyasının baş katibi Ceyhun Xəlilbəylinin sözlərinə görə, yığmamız yenə BƏƏ ilə qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesablı ilə nəticələnib. Hakimin matça əlavə etdiyi 3 dəqiqəlik vaxtın son saniyələrində meydan sahibləri daha bir qol vurublar. Bununla da, milli komandamız üç gün ərzində ikinci dəfə BƏƏ-yə uduzub.
Qeyd edək ki, aprelin 19-da baş tutan ilk qarşılaşmada da futbolçularımız əlavə vaxtda məğlub olmuşdular (2:3). Dünya çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Dubayda bir həftəlik təlim-məşq toplanışı keçən yığmamız vətənə sabah qayıdacaq.
0