UEFA İntertoto kubokunda rəqibimiz “Karvan”ın məğlub etdiyi komanda ola bilər
22.04.2008 - 10:06
UEFA İntertoto kubokunda rəqibimiz “Karvan”ın məğlub etdiyi komanda ola bilər
Ümumilikdə, klublarımız indiyədək 3 dəfə bu ölkədən olan komandalarla qarşılaşıb. Maraqlıdır ki, slovakiyalılarla əvvəlki qarşılaşmaların hamısı UEFA kubokuna, həm də ardıcıl 3 ilə təsadüf edib. Təmsilçilərimiz mərhələni daha az – cəmi 1 dəfə keçsə də ümumi qələbə sayında slovakiyalılardan geri qalmırıq – hərəyə 3 qələbə. Yalnız top fərqində komandalarımız geridədir ki, bu da daha çox “Qarabağ-Azərsun”un böyük hesabla uduzmasının hesabına olub. UEFA kubokunda ilk mərhələ adlayan təmsilçimiz “Karvan” məhz Slovakiya klubunu – hər iki oyunda məğlub etməklə keçmişdi. Slovakiyalılarla Bakıda keçirilən oyunların 3-də də cəmi 1 qol vurulub. Ağdamlılar “Şəfa” stadionunda uduzubsa, “Karvan” həmin arenada, “Bakı” isə Tofiq Bəhramov adına Respublika stadionunda qonaqları üstələyib. Maraqlıdır ki, yevlaxlıların məğlub etdiyi Trnava təmsilçisi yenə ölkəmizə gəlməyə ən real namizəddir. Slovakiya çempionatında 3-cü yeri tutacaq komanda İntertoto kubokuna vəsiqə qazanır. Liderdən – “Artmedia”dan 20, ikinci yerdə qərarlaşan “Jilina”dan 16 xal geri qalan trnavalılar mükafat qazanmaq üçün izləyiciləri ilə mübarizə aparır. Çempionatın sonuna 7 tur qalmış “Nitra”dan 1, “Koşitse”dən 4 xal öndə olan “Spartak” ölkə kubokuna yiyələnməklə, UEFA kubokuna yollana da bilər. Yarımfinalın ilk oyununda səfərdə “Koşitse” ilə heç-heçə edən “Spartak” final və çempionun rəqibi olması şanslarını qoruyur. Digər finalda ilk iki yerin sahibi qarşılaşır. Belə olan halda, təmsilçimiz “Nitra” ilə görüşəcək.

mövsüm

turnir

mərhələ

Azərbaycan

Slovakiya

Ilk oyun

Cavab oyunu

2004/05

UEFA

1-ci təsnifat

“Qarabağ-Azərsun”

“Dukla”

0:3

0:1

2005/06

UEFA

1-ci təsnifat

“Bakı”

“Jilina”

1:0

1:3

2006/07

UEFA

1-ci təsnifat

“Karvan”

“Spartak”

1:0

1:0




0