“İnter”in iki futbolçusu “Neftçi” ilə oyunu buraxacaq
22.04.2008 - 12:20
Bakı. Mehman Süleymanov – APA-Sport. “İnter” klubunun iki futbolçusu “Neftçi” ilə Azərbaycan kuboku uğrunda cavab yarımfinal görüşündə iştirak etməyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, müdafiəçi Ruslan Abbasovla sloveniyalı yarımmüdafiəçi Qoran Arnaut sabah “Şəfa” stadionunda keçiriləcək matçda meydana çıxmayacaqlar. R.Abbasov cari mövsümdə 4-cü sarı vərəqəsini alaraq, cəzalı olduğu üçün keçmiş komandasına qarşı oynamayacaq. Q.Arnaut isə zədə səbəbindən görüşü kənarda izləyəcək. “İnter”in baş məşqçisi Valentin Xodukin “Neftçi” ilə oyunda problemləri olan 5 futbolçunun xidmətindən istifadə biləcək. Bunlar komandanın kapitanı Emin İmaməliyev, vitse-kapitan Samir Abbasov, ukraynalı Vladimir Levin, çexiyalı Bronislav Çervenka və uruqvaylı Valter Quqlemondur. Uruqvaylı hücumçunun komanda yoldaşlarından fərli zədə yox, cəza ilə bağlı problemi olub və bu müddət artıq başa çatıb.
Qeyd edək ki, “Neftçi” 2:2 hesabı ilə başa çatan ilk yarımfinal oyununda “dubl” edən V.Quqlemon komandasını məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, “Neftçi” 2:2 hesabı ilə başa çatan ilk yarımfinal oyununda “dubl” edən V.Quqlemon komandasını məğlubiyyətdən xilas edib.
- "Bavariya" və "Bayer" "Milan"lı üçün mübarizə aparacaq
- Lamin Yamal “Laureus” mükafatı qazanıb
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
- A Seriyasında təxirə salınan matçların keçiriləcəyi vaxt açıqlanıb
0
0