“Olimpik” klubunun anti-futbol nümayiş etdirməsi bir daha təsdiqlənib
22.04.2008 - 12:20
Bakı - APA-Sport. Azərbaycan Premyer Liqasında ən çox anti-futbol nümayiş etdirən “Olimpik” klubudur. “APA-Sport” agentliyinin İnternet saytında aparılan növbəti sorğunun nəticəsi belə olub. İki həftə ərzində 226 nəfər saytımızı ziyarət edərək, “Premyer Liqada anti-futbol nümayiş etdirən klub hansıdır” sualını cavablayıblar. Respondentlərin 43,36 faizi (98 nəfər) hazırda turnir cədvəlinin zirvəsində qərarlaşan və cari mövsüm məğlub olmayan “Olimpik”ə səs verib. Növbəti pillədə “Neftçi” (31 səs) qərarlaşıb. Müsabiqəyə qatılanların 7 faizi hesab edir ki, “Simurq” da anti-futbol oynayan klublar sırasındadır. “Gənclərbirliyi” və “Xəzər-Lənkəran” 13 səslə 4-5-ci yerləri bölüşdürürlər. Daha sonra ardıcıllıqla “Bakı” (12), “İnter” (11), “Karvan” (7), ABN (6), “Standard” (6), “Turan” (5), “Qarabağ” (4), “Masallı” (3) və “Qəbələ” (1) sıralanıb.
0
0