“İnter” – “Neftçi” oyununu almaniyalı FİFA hakimi Babak Rafati idarə edəcək
22.04.2008 - 12:33
B.Rafatiyə həmyerliləri Kay Voss və Hoyger Hençel kömək edəcək. O, Azərbaycan kuboku tarixinə ilk əcnəbi hakim kimi düşəcək. Qeyd edək ki, cari mövsümdə artıq iki dəfə Premyer Liqa oyununda almaniyalı hakimlər söz sahibi olub. “Neftçi” – “İnter” oyununda Mark Simonn, “Olimpik” – “Neftçi” görüşündə isə Knut Kirxer baş hakim funksiyasını yerinə yetirib.
“APA-Sport” agentliyinin məlumatına görə, 38 yaşlı hakim mövsüm ərzində Almaniya Bundesliqasının 14, kubokunun iki oyununda söz sahibi olub. Cari mövsüm Bundesliqada 14 oyun idarə edən 38 yaşlı B.Rafati 46 vərəqə göstərib və cəmi 2 oyunçunu meydandan qovub. Hakimin sülhsevərliyi nəticələrdə də öz əksini tapıb. Bu oyunlarda meydan sahibləri 4, qonaqlar 3 qələbə qazanıbsa matçlarda yarısı – 7-si heç-heçə bitib. Əksər hallarda ortabab və zəiflərin iştirakı ilə keçirilən qarşılaşmalarda söz sahibi olan B.Rafati ən yaxşı halda – aprelin 5-də “Ştutqart” – “Hamburq” (1:0) oyununu idarə edib. Almaniyalının son matçı isə 6 gün əvvəl keçirilən “Ayntraxt” – “Bavariya” (1:3) qarşılaşması olub. Bu ay 3-cü oyununa çıxacaq B.Rafati hər iki matçda cəmi 2 sarı vərəqə göstərib. Mayın 28-də 38 yaşını qeyd edəcək almaniyalı FİFA hakimi indiyədək nə klub, nə də əsas milli səviyyəsində beynəlxalq oyunlarda görünməyib. Arabir aşağı yaş qruplarından olan millilərin oyunlarına təyin olunan B.Rafati 8 il əvvəl cəmi 73 matç idarə etdiyi 2-ci Bundesliqada hakimliyə başlayıb. 3 il əvvəl Bundesliqada debüt edən almaniyalı bu səviyyədə 40 matçda ədaləti qoruyub. Aşağı dəstələrdə də qarşılaşmalara təyinat alan 38 yaşlı hakim kubok yarışlarında o qədər də çox görünməyib. 6 mövsümə Almaniya kubokunun cəmi 8, Liqa kubokunun isə 1 görüşünü ona tapşırıblar. Son turnirdəki yeganə matçı ötən il iyulun 25-də keçirilən yarımfinalın “Ştutqart” – “Bavariya” (0:2) qarşılaşması olub. 10 aydan sonra hakim karyerasının ikinci yarımfinalını idarə edəcək. Kubokda son dəfə oktyabrın 31-də keçirilən “Verder” – “Duysburq” (4:0) görüşündə B.Rafati fit çalıb.

0
0