Xaqani Məmmədov: “Almaniyalı hakimlərin xidmətinə ehtiyacımız var”
22.04.2008 - 14:50
Xaqani Məmmədov: “Almaniyalı hakimlərin xidmətinə ehtiyacımız var”
Onun sözlərinə görə, almaniyalı hakimlərin Azərbaycan kuboku uğrunda təkrar “İnter” - “Neftçi” görüşünə təyinatı hələ xeyli əvvəl həll olunub: “Mən komitəyə başçılıq edənədək almaniyalı hakimlər oyun idarə etmək məqsədilə Azərbaycana dəvət olunub. Mən bu praktikanın əleyhinə deyiləm. Çünki öz hakimlərimizin hazırkı səviyyəsi istənilən kimi deyil. Biz əvvəlcə bu problemi aradan qaldırmalıyıq. Hələlik, almanların xidmətinə ehtiyacımız var”. Cari mövsümün sonunadək əcnəbi hakim praktikasının istifadə olunmasını istisna etməyən X.Məmmədov almaniyalı həmkarların qətiyyətini qeyd edir: “Babak Almaniyada 7 ən yaxşı hakim sırasında yer alıb. Onun idarə etdiyi son matçda “Bavariya” “Ayntraxt”ı 3:1 hesabı ilə məğlub etdi. Rafati həmin oyunda futbolçulara elə də çox vərəqə göstərmədi. “Olimpik” – “Neftçi” görüşünü idarə edən Knut Kirxer kimi hakimdir. Kirxerin necə yüksək səviyyədə oyun idarə etməsinin şahidi olduq. Qətiyyətli almaniyalı hakimlər səviyyələri ilə seçilir. Onlar çıxardığı qərarlar oyun qaydaları ilə birmənalı şəkildə uzlaşır”.
0