AFFA “Neftçi” klubunu 1000 manat cərimələyib
22.04.2008 - 14:53
Bakı. Mehman Süleymanov – APA-Sport. Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, NİK “Simurq”, “Neftçi” və “Gənclərbirliyi” klublarını futbolçuları nəzərdə tutulduğundan çox sarı vərəqə aldığı üçün hərəyə 1000 manat məbləğində cərimələyib. “Bakı” və “Karvan” isə legionerlərinə görə hərəyə 200 manat xərcə düşüb. Buna səbəb həmin klubların son turda öz aralarında keçirilən görüşdə əcnəbi futbolçuların ikinci sarı vərəqəyə görə meydandan çıxarılmasıdır. “Bakı”nın bolqarıstanlı müdafiəçisi Stanislav Baçevlə “Karvan”ın tunisli yarımmüdafiəçisi Bəşir Müqədi hərəyə bir oyunluq diskvalifikasiya olunub.
Qeyd edək ki, AFFA NİK-in bu gün çıxardığı qərarlara əsasən 3400 manat qazanıb.
Qeyd edək ki, AFFA NİK-in bu gün çıxardığı qərarlara əsasən 3400 manat qazanıb.
- "Bavariya" və "Bayer" "Milan"lı üçün mübarizə aparacaq
- Lamin Yamal “Laureus” mükafatı qazanıb
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
- A Seriyasında təxirə salınan matçların keçiriləcəyi vaxt açıqlanıb
0
0