Slovakiyalılar Azərbaycan klubu ilə qarşılaşacaqlarından razı qalıblar
22.04.2008 - 15:18
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Slovakiyalılar İntertoto kubokunun birinci mərhələsində Azərbaycan klubu ilə görüşəcəkləri haqda xəbəri sevinclə qarşılayıb. “APA-Sport” agentliyinin məlumatına görə, aprelin 21-də İsveçrənin Nyon şəhərində atılan püşkün nəticələrindən Slovakiyada razı qalıblar. Yerli mətbuat birinci mərhələ haqda qısa qeydlə yanaşı, ikinci və üçüncü mərhələdəki rəqiblər haqda yazıb. Ötən il ikinci mərhələdə mübarizəni dayandırdıqlarını xatırladan slovakiyalılar bu dəfə daha yaxşı çıxışa ümidlidir. İki il əvvəl təmsilçiləri – Trnava “Spartak”ının “Karvan” qarşısında aciz qalmasını unudan Slovakiya mətbuatı püşkü böyük uğur kimi dəyərləndirib: “Super – İntertoto kubokunda Azərbaycan klubu ilə qarşılaşacağıq”.
Qeyd edək ki, İntertoto kubokunun birinci mərhələsinin oyunları iyunun 21-22 və 28-29-da keçiriləcək.
Qeyd edək ki, İntertoto kubokunun birinci mərhələsinin oyunları iyunun 21-22 və 28-29-da keçiriləcək.
0
0