Berti Foqts: “Bavariya” Çempionlar Liqasını qazanacaq”
23.04.2008 - 10:46
Berti Foqts: “Bavariya” Çempionlar Liqasını qazanacaq”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Ümid edirəm ki, “Bavariya” yaxın iki ildə Yurgen Klinsmanın rəhbərliyi altında Çempionlar Liqasını qazanacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib. 62 yaşlı mütəxəssis Almaniya mətbuatına verdiyi açıqlamada “Bavariya” klubunun yeni baş məşqçisi Yurgen Klinsmanın problemlə üzləşəcəyini də bildirib: “Ottmar Hitsfeldin cari mövsümdə 3 titul qazanacağı gözlənilir. Əgər buna nail olmaqla komandanı tərk etsə, bu Klinsman üçün problem olacaq. Yurgen stadionda əyləşib və hazır komanda onu gözləyir”.
0