Çempionlar Liqasının və UEFA Kubokunun final matçları üçün Azərbaycana 28 bilet ayrılıb
23.04.2008 - 15:29
Çempionlar Liqasının və UEFA Kubokunun final matçları üçün Azərbaycana 28 bilet ayrılıb
Mayın 14-də İngiltərənin Mançester şəhərində “Old Trafford” stadionunda baş tutacaq UEFA Kubokunun həlledici qarşılaşmasını cəmi 8 azərbaycanlı futbol həvəskarı canlı izləyəcək. Qitənin ən ali futbol qurumunun ayırdığı qalan 20 biletdən isə Çempionlar Liqasının mayın 21-də Rusiyanın paytaxtı Moskvanın “Lujniki” stadionunda keçiriləcək final oyununda istifadə olunacaq.
Qeyd edək ki, AFFA hər iki turnirin final görüşləri üçün UEFA-dan 20 bilet istəmişdi. Ötən mövsüm isə Çempionlar Liqasının və UEFA Kubokunun həlledici qarşılaşmalarının müvafiq olaraq, 30 və 15 bileti ölkəmizə verilmişdi.
0