“Qarabağ” Ağdama qayıdır
23.04.2008 - 15:40
“Qarabağ” Ağdama qayıdır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Qarabağ” klubu ABN-lə oyuna Ağdamda hazırlaşacaq. “APA-Sport” agentliyinin məlumatına görə, ağdamlılar Azərbaycan Premyer Liqasının 18-ci turunun hazırlıqlarını doğma rayonda bitirəcək. Aprelin 26-da səfərə çıxan “Qarabağ” həmin günü Ağdam Olimpiya İdman Kompleksində məskunlaşacaq. Qonşu rayon təmsilçisi olan ABN-lə oyunun keçiriləcəyi Bərdəyə komandası ertəsi gün aprelin 27-də yollanacaq.
Qeyd edək ki, ötən turu zədə üzündən buraxan Murad Ağakişiyev və Qoqa Beraya problemi arxada qoyduğundan bu oyunda meydana çıxa bilər. Digər zədəli oyunçu Hüseyn İsgəndərov isə mövsümü bitirib. Belə ki, təkrar müayinə zamanı müdafiəçinin ayagında çat olduğu aşkarlanıb.
0