Azərbaycan çimərlik futbolu yığması ilk rəsmi matçına mayın 11-də çıxacaq
23.04.2008 - 17:53
Bakı. Aqşin Əliyev - APA-Sport. Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının iştirak edəcəyi dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin C qrupunun təqvimi müəyyənləşib. Azərbaycan Çimərlik Futbol Federasiyasının baş katibi Ceyhun Xəlilbəylinin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, yığmamız ilk rəsmi matçına mayın 11-də çıxacaq. Həmin gün milli komandamız seçmə qrup mərhələsinin birinci turunda İtaliya ilə qarşılaşacaq. Ertəsi gün futbolçularımız Norveçi sınağa çəkəcəklər. Mayın 13-də isə Azərbaycan və Yunanıstan arasında oyun keçiriləcək. Avropa zonasında 24 kollektiv 6 qrupda 4 vəsiqə uğrunda mübarizə aparacaq. Qruplarda ilk iki pilləni tutanlar və 3-cü yerdə qərarlaşan 6 komandadan 4-ü 1/8 finala yüksələcək. Yarımfinaladək irəliləyəcək yığmalar iyulda Fransanın Marsel şəhərində təşkil olunacaq dünya çempionatına vəsiqə qazanacaqlar.
- "İnter" Luis Henrikeni transfer etməyə yaxındır
- "Bavariya" və "Bayer" "Milan"lı üçün mübarizə aparacaq
- Lamin Yamal “Laureus” mükafatı qazanıb
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
0
0