Futbol üzrə Azərbaycan kubokunun finalçıları məlum olub
23.04.2008 - 18:52
Futbol üzrə Azərbaycan kubokunun finalçıları məlum olub
Son dörd oyunda qələbə üzünə həsrət qalan flaqman ardıcıl dördüncü mövsümdür ki, kubokun finalından kənarda qalır. İndiyədək bir dəfə - 2005-ci ildə finala vəsiqə qazanan “İnter”in budəfəki rəqibi isə “Xəzər-Lənkəran” klubu olacaq. Bununla da ardıcıl ikinci ildir, finala çıxan Ağasəlim Mircavadovun komandası mayın 28-də keçiriləcək həlledici matçda titulunu qorumaq uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, “Xəzər-Lənkəran” ötən ilin mayın 28-də İmişlinin “MKT-Araz” klubunu məğlub etməklə (1:0) tarixində ilk dəfə ölkə kubokunu qazanıb.

23 aprel
“İnter” – “Neftçi” – 1:0

İlk oyun – 2:2

“Xəzər-Lənkəran” – “Qəbələ” – 1:1
İlk oyun – 3:1
0