Saşa Yunisoğlu “Visla” ilə oyuna buraxılmayıb
24.04.2008 - 09:43
Krakov. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlunun çıxış etdiyi “Qrotslin” klubu Polşa çempionu ilə heç-heçə edib. “APA-Sport” agentliyinin məlumatına görə, 23 yaşlı müdafiəçinin komandası Polşa kubokunun ilk yarımfinal oyununda “Visla” ilə görüşdən qolsuz bərabərliklə ayrılıb. Ölkə çempionluğunu təmin edən Krakov təmsilçisi ilə səfərdə keçirilən matçın protokolunda adı daxil edilən S.Yunisoğlu meydana çıxmayıb. Yarımfinalın digər qarşılaşması - “Legiya” – “Zaqlebiye” (Lubin) matçı da 0:0 hesabı ilə nəticələnib. Polşa kubokunun finalçılarını müəyyənləşdirəcək cavab oyunları aprelin 30-da keçiriləcək.
- "İnter" Luis Henrikeni transfer etməyə yaxındır
- "Bavariya" və "Bayer" "Milan"lı üçün mübarizə aparacaq
- Lamin Yamal “Laureus” mükafatı qazanıb
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
0
0