Naxçıvanda futbol çempionatı start götürüb
24.04.2008 - 10:05
Naxçıvanda futbol çempionatı start götürüb
Naxçıvan. Samir Cabbarov – APA. Futbol üzrə Naxçıvan Muxtar Respublikasının (MR) növbəti çempionatına start verilib. APA-nın məlumatına görə, çempionatda MR-in bütün bölgələrini təmsil edən 10 komanda mübarizə aparır. İbrahim Xəlil Axundlu adına stadionda baş tutan ilk qarşılaşmada ötən mövsüm MR çempionu olmuş “Sərhədçi” klubu Naxçıvan şəhərinin “Gənclik” komandası ilə üz-üzə gəlib. Ceyhun Hüseynovun hakimlik etdiyi matçda çempion 5:0 hesablı qələbə qazanıb. “Sərhədçi”nin futbolçuları 7, 16, 22, 67 və 70-ci dəqiqələrdə fərqləniblər.
0