“Qarabağ” klubu 360 günlük seriyanı qırıb
28.04.2008 - 10:26
“Qarabağ” klubu 360 günlük seriyanı qırıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasında 360 gündən sonra böyük hesabla qalib gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, 18-ci turun aprelin 26-da keçirilən oyununda rəqib meydanında ABN klubunu 3:0 hesabı ilə məğlub edən ağdamlılar cari mövsümdə ilk dəfə böyük hesabla qələbə qazanıb. Türkiyəli mütəxəssis Rasim Karanın yetirmələri son dəfə ötən mövsüm “Gənclərbirliyi” üzərində belə qələbə qazanmışdı. 2007-ci il mayın 2-də Sumqayıtda 3:0 hesabı ilə qalib gələn “Qarabağ” həmin matçdan sonra keçirdiyi 25 matçda belə nəticə göstərə bilmirdi.
0