AFFA rəhbərliyi Azərbaycan milli komandasına 11600 manat məbləğində mükafat verib
01.05.2008 - 12:35
AFFA rəhbərliyi Azərbaycan milli komandasına 11600 manat məbləğində mükafat verib
Yeniyetmə futbolçular az öncə Almaniyanın Frankfurt şəhərində təşkil edilmiş təlim-məşq toplanışı zamanı keçirilən yoldaşlıq görüşlərinin nəticələrinə əsasən, mükafat qazanıblar. Almaniyalı Bernard Lippertin rəhbərlik etdiyi kollektiv hazırlıq prosesi çərçivəsində “Ayntraxt” (3:0) və “Offenbax”a (2:1) qalib gəlmiş, “Vehen”lə heç-heçə (1:1) oynamışdı. Bu münasibətlə AFFA rəhbərliyi futbolçuların hərəsinə 400 manat mükafat ayırıb. Həmçinin, məşqçi və texniki heyət üzvləri də eyni miqdarda mükafat alıblar. Ümumilikdə, 29 nəfərlik komandaya 11600 manat məbləğində pul verilib.


0