Nazar Bayramov “Neftçi” klubundan ayrılır
01.05.2008 - 15:04
Nazar Bayramov “Neftçi” klubundan ayrılır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun türkmənistanlı yarımmüdafiəçisi Nazar Bayramov mayın 29-da vətəninə yollanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, 26 yaşlı futbolçu Türkmənistan milli komandasına dəvət olunub. Azərbaycan Premyer Liqasının mayın 28-də keçiriləcək son turunun görüşlərindən sonra Aşqabada yollanacaq N.Bayramov Türkmənistan yığmasının 27 günlük toplanışına qatılacaq. Mayın 29-dan iyunun 24-dək davam edəcək toplanışa ölkəmizdə çıxış edən daha bir futbolçu dəvət alıb. Maraqlıdır ki, “Karvan”ın müdafiəçisi Məkan Nəsirovla müqayisədə N.Bayramovun yığmaya çağırılması ilə bağlı faks klubuna 2 gün gec gəlib.
27 günü əhatə edən toplanış zamanı türkmənistanlılar DÇ-2010-nun seçmə mərhələsində ardıcıl 4 oyun keçirəcək. Komanda ayın 2-də KXDR, 14-də Cənubi Koreya ilə öz, 7-də KXDR, 22-də İordaniya ilə rəqib meydanında qarşılaşacaq.
0