Azərbaycan yığmasının braziliyalı baş məşqçisi Bakıya təşrif buyurub
02.05.2008 - 13:00
Azərbaycan yığmasının braziliyalı baş məşqçisi Bakıya təşrif buyurub
Paytaxtımıza ilk dəfə təşrif buyuran 31 yaşlı braziliyalının səfərində əsas məqsəd AÇFF rəhbərliyi ilə danışıqlar aparmaqdır. Q.Silva öncə federasiya rəsmiləri, sonra isə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcək. C.Xəlilbəyli braziliyalı məşqçi ilə danışıqlar başa çatdıqdan sonra müqavilənin detalları barədə mətbuata açıqlama veriləcəyini bildirib.
Qeyd edək ki, AÇFF rəhbərliyi vaxtilə Braziliya, Rusiya, Portuqaliya və Bəhreyn milli komandalarını çalışdırmış Q.Silva ilə ilkin razılığa gəlib. Onun yığmamıza rəsmən baş məşqçi təyin olunması isə AFFA-nın İcraiyyə Komitəsinin səlahiyyətləri daxilindədir.
0