Ardıcıl dördüncü qələbəsini qazanan “İnter” 2-ci pilləyə yüksəlib
04.05.2008 - 11:24
Ardıcıl dördüncü qələbəsini qazanan “İnter” 2-ci pilləyə yüksəlib
İlk oyun günündə Premyer Liqada yerlərini qorumaq uğrunda mübarizə aparan komandalar meydan sahibi olublar ki, onlardan ABN ardıcıl ikinci oyunda böyük hesabla məğlub olub. Bərdəlilər “Qarabağ”la görüşü (0:3) də nəzərə alsaq öz meydanında yenə üç top fərqi ilə uduzublar. “İnter” isə ölkə kuboku da daxil olmaqla, ardıcıl dördüncü qələbəsini qazanıb. Nəticədə ukraynalı mütəxəssis Valentin Xodukinin çalışdırdığı komanda turnir cədvəlində 2-ci pilləyə yüksəlib. “İnter”in ötən tur lider “Olimpik”i 2:0 hesabı ilə məğlub etdiyi matçda vurduğu qolların müəllifləri olan Xaqani Məmmədovla bolqarıstanlı Petar Zlatinov yenə fərqləniblər. X. Məmmədov qolçular yarışında Azərbaycan yığmasındakı komanda yoldaşı Branimir Subaşiçi artıq iki top fərqi ilə qabaqlayır. ABN-in növbəti məğlubiyyətindən “Gənclərbirliyi” maksimum yararlanıb. Sumqayıtlılar öz meydanında keçirdiyi ardıcıl üçüncü oyunda da xal ehtiyatını artırıb. Sabir Əliyevin baş məşqçisi olduğu komanda ikinci dövrədə 8 xalı məhz bu üç görüşdə qazanıb. “Gənclərbirliyi”nə qələbəni keçmiş komandasını cəzalandıran Zaur Əsədov qazandırıb. Yarımmüdafiəçi “Masallı”nın ilk dövrədə 6:0 hesabı ilə qələbə qazandığı matçda “Gənclərbirliyi”nin qapısına vurulan qollardan birinin müəllifi olub. Budəfəki görüşdə hesab açılanadək “Masallı”nın hücumçusu Vüqar Nadirov penalti zərbəsini qeyri-dəqiq vurmaqla yadda qalıb. 21 yaşlı hücumçu “Olimpik”lə görüşü də nəzərə alsaq son üç oyunda ikinci dəfə penalti zərbəsindən istifadə edə bilmir. “Gənclərbirliyi” bu qələbə sayəsində turnir cədvəlində qərarlaşdığı sonuncu pilləni iki aylıq fasilədən sonra ABN-ə qaytarıb. Ancaq “Turan”ın qalib gəlməsi sumqayıtlıların bu komanda ilə 4 xallıq fərqinin azalmasına imkan verməyib. Tovuzlular “Qəbələ” ilə görüşdə ilk hissədə vurduqları 4 qolla qələbəni təmin ediblər. Qəbələlilər oyunun sonuna yaxın buraxdıqları iki topun əvəzini çıxmaqla böyük hesablı məğlubiyyətdən qaça biliblər. Bu, “Turan”ın tarixi ərzində “Qəbələ” üzərində qazandığı ilk qələbə olub.

3 may
“Gənclərbirliyi” – “Masallı” – 1:0
Zaur Əsədov, 35

“Turan” – “Qəbələ” – 4:2
Asəf Qədiri, 7, Vurğun Hüseynov, 34, Vüsal Qarayev, 37, Kamal Ələkbərov, 40-pen – Tornike Aptsiauri, 70, Vladimir Tsaranu, 87

ABN – “İnter” – 1:4
Xaliq Ələkbərov, 89 - Valter Quqlemon, 5, 47, Petar Zlatinov, 10, Xaqani Məmmədov, 30

Turnir cədvəli

 

Klub

o

q

h

m

t

x

1

Olimpik

22

16

5

1

27-6

53

2

İnter

23

15

4

4

45-17

49

3

Neftçi

22

14

6

2

38-17

48

4

Xəzər-Lənkəran

22

13

7

2

42-15

46

5

Qəbələ

23

11

1

11

30-29

34

6

Qarabağ

22

9

6

7

23-16

33

7

Simurq

22

9

5

8

28-22

32

8

Bakı

22

7

8

7

29-24

29

9

Masallı

23

7

4

12

24-37

25

10

Standard

22

5

8

9

25-23

23

11

Karvan

22

6

4

12

21-28

22

12

Turan

23

4

5

14

18-42

17

13

Gənclərbirliyi

23

4

1

18

17-60

13

14

ABN

23

2

6

14

12-43

12



Bombardirlər: Xaqani Məmmədov (“İnter”) – 16, Branimir Subaşiç (“Neftçi”) - 14, Junivan Suares (“Olimpik”) - 11.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Standard”, “Karvan” – “Neftçi”, “Xəzər-Lənkəran” – “Bakı” və “Simurq” – “Olimpik” oyunları ilə yekun vurulacaq.
0