Elmar Xeyirov Belarus çempionatının güclülər dəstəsində debüt edib
05.05.2008 - 10:02
Elmar Xeyirov Belarus çempionatının güclülər dəstəsində debüt edib
Minsk. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycanın gənclərdən ibarət milli komandasının futbolçusu Elmar Xeyirov Belarus çempionatının güclülər dəstəsində debüt edib. “APA-Sport” agentliyinin məlumatına görə, “MTZ-RİPO” klubunun 21 yaşlı yarımmüdafiəçisi 5-ci tur çərçivəsində keçirilən “Torpedo” ilə matçın 81-ci dəqiqəsində meydana daxil olub. E.Xeyirovun debütü komandasının çempionatda 3-cü qələbəsi ilə əlamətdar olub. “Torpedo”ya 4:2 hesabı ilə qalib gələn “MTZ-RİPO” xalını 9-a çatdıraraq, 3-cü pilləyə yüksəlib. Liderdən 1 xal geri qalan Minsk təmsilçisi növbəti oyununu mayın 10-da səfərdə autsayderlər qrupunda yer alan “Dnepr”ə qarşı keçirəcək.
Qeyd edək ki, çempionatın ilk 4 turunda E.Xeyirovun adı dəfə iki dəfə “18-liy”ə düşsə də, “MTZ-RİPO”nun məşqçi korpusu onun xidmətindən yararlanmamışdı.
0