Dmitri Parxaçov “Karvan”la oyunadək zədəsini sağaltmaq istəyir
05.05.2008 - 15:09
Dmitri Parxaçov “Karvan”la oyunadək zədəsini sağaltmaq istəyir
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Bakının “Olimpik” klubunun belaruslu yarımmüdafiəçisi Dmitri Parxaçovun Azərbaycan Premyer Liqasının XXIII turunda “Simurq”la görüşdə aldığı zədə ciddi deyil. Bu haqda “APA-Sport” agentliyinə Dmitri Parxaçov özü məlumat verib. 23 yaşlı futbolçu “Simurq”la matçın 22-ci dəqiqəsində diz nahiyəsindən zədə aldığından oyunu yarımçıq dayandırıb. Bununla belə, D.Parxaçov növbəti turadək tam sağalacağına inanır. “Olimpik”in bu həftə keçiriləcək ilk məşqinə qatılmaq istəyən legioner belə deyib: “Sabahkı bərpa prosesindən sonra məşqlərdə iştirak edəcəyəm. Düşünürəm ki, zədə amili gələn oyunda komandama yardımçı olmağıma maneçilik törətməyəcək”. “Olimpik” növbəti oyununu mayın 12-də “Karvan”a qarşı keçirəcək.
Qeyd edək ki, belaruslu futbolçu cari mövsüm Premyer Liqanın bütün turlarında iştirak edən 7 futbolçudan biridir.
0