“Xəzər-Lənkəran”a qarşı oynamış xorvatiyalı futbolçular Avropa çempionatına aparılacaqlar
05.05.2008 - 18:41
“Xəzər-Lənkəran”a qarşı oynamış xorvatiyalı futbolçular Avropa çempionatına aparılacaqlar
Zaqreb. Elşən Məmmədov - APA-Sport. Avstriya və İsveçrədə keçiriləcək Avropa çempionatına qatılacaq milli komandalardan ilk olaraq, Xorvatiyanın heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Xorvatiya Futbol Federasiyası ilə müqaviləsinin müddətini iki illiyə uzadan 39 yaşlı baş məşqçi Slaven Biliçin dəvət göndərdiyi 23 futbolçudan 20-si legionerdir. Heyətə ağır zədə ucbatından uzun müddətə sıradan çıxan İngiltərənin “Arsenal” klubunun əslən braziliyalı hücumçusu Eduardo Da Silva düşməyib. Əvəzində yığmada ötən ilin iyulunda Çempionlar Liqasının ilkin təsnifat mərhələsində Zaqreb “Dinamo”sunun heyətində Azərbaycan çempionu “Xəzər-Lənkəran”a qarşı oynamış Luka Modriç, Oqnen Vukoyeviç, eləcə də hazırda “Mançester Siti”nin şərəfini qoruyan Vedran Çorluka da var.

Qapıçılar: Stipe Pletikosa (“Spartak” M., Rusiya), Vedran Runye (“Lans”, Fransa), Mario Qalinoviç (“Panatinaikos”, Yunanıstan)
Müdafiəçilər: Vedran Çorluka (“Mançester Siti”, İngiltərə), Dario Şimiç (“Milan”, İtaliya), Robert Kovaç (“Borussiya” D., Almaniya), Yosip Şimuniç (“Herta”, Almaniya), Dario Knejeviç (“Livorno”, İtaliya), Xrvoye Veyiç (“Tom”, Rusiya)
Yarımmüdafiəçilər: Daniel Pranyiç (“Herenven”, Hollandiya), Niko Kovaç (“Zalsburq”, Avstriya), Dario Srna (“Şaxtyor”, Ukrayna), Luka Modriç, Oqnen Vukoyeviç (hər ikisi “Dinamo” Z.), Niko Krançar (“Portsmut”, İngiltərə), Yerko Leko, Nikola Pokrivats (hər ikisi “Monako”, Fransa), İvan Rakitiç (“Şalke-04”, Almaniya)
Hücumçular: Mladen Petriç (“Borussiya” D., Almaniya), İvitsa Oliç (“Hamburq”, Almaniya), İvan Klasniç (“Verder”, Almaniya), İqor Budan (“Parma”, İtaliya), Nikola Kaliniç (“Hayduk”).

Qeyd edək ki, iyunun 7-dən 29-dək davam edəcək Avro-2008-in final mərhələsində Xorvatiya milli komandası Almaniya, Polşa və Avstriya ilə birgə B qrupunda yer alıb.
0