Emin Ağayevin oynadığı “Volqa” klubu ardıcıl üçüncü dəfə heç-heçə edib
06.05.2008 - 11:15
Emin Ağayevin oynadığı “Volqa” klubu ardıcıl üçüncü dəfə heç-heçə edib
Kostroma. Mehman Süleymanov – APA-Sport. Azərbaycan milli komandasının sabiq müdafiəçisi Emin Ağayevin oynadığı Rusiyanın “Volqa” klubu ardıcıl üçüncü dəfə heç-heçə edib. “APA-Sport” agentliyinin məlumatına görə, ölkə çempionatının ikinci divizionunun Qərb zonasında mübarizə aparan Tver şəhərinin komandası hesabat turunda Kostromada yerli “Spartak” klubunun müqavimətini qıra bilməyib - 0:0. 35 yaşlı həmyerlimiz 90 dəqiqə meydanda olub. Yeni mövsümün açılış matçında qalib gəldikdən sonra növbəti üç görüşü heç-heçə başa vuran “Volqa” 6 xalla 6-cı pilləyə enib.
0