Azərbaycan yığmasının rəqibi İrana müraciət edib
06.05.2008 - 11:40
Azərbaycan yığmasının rəqibi İrana müraciət edib
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. İyunun 1-də beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Azərbaycan milli komandasının rəqibi olacaq Bosniya və Herseqovina bu qarşılaşma ərəfəsində İrana yollanmaq fikrindədir. “APA-Sport” agentliyinin məlumatına görə, bunu Bosniya və Herseqovina Futbol Federasiyasının vitse-prezidenti Boqdan Çeko yerli mətbuata açıqlamasında bildirib. Federasiya rəsmisi vurğulayıb ki, mayın 27-28-də sınaq matçının keçirilməsi üçün artıq İrana müraciət olunub. Yığmamızla görüşədək daha bir matçda qüvvəsini sınamaq istəyən balkanlılar Polşa milli komandası ilə Almaniyanın Ştutqart şəhərində oynamaq istəsələr də, qarşı tərəf bundan imtina edib.
0