Bakının “İnter” klubu Fransaya yollanıb
07.05.2008 - 14:52
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Bakının “İnter” klubu Fransada təşkil olunan beynəlxalq turnirdə iştirak etmək üçün səfərə yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, komandamız “ASCQUOİSE” İdman Birliyinin 15 yaşlılar arasında təşkil etdiyi turnirdə ölkəmizi “İnter” təmsil edir. Mayın 10-12-də keçiriləcək 12-ci ənənəvi turnirdə “İnter”dən başqa Fransanın 6 klubu, həmçinin Çexiya, Polşa, Almaniya, Belçika, Bolqarıstan təmsilçiləri də iştirak edəcək. B qrupunda çıxış edən “İnter” ilk 3 matçini meydan sahiblərinə qarşi keçirəcək. Bakılılar mayın 10-da “Leskuin” və “Dunkerq”, ertəsi “Amyen”, “Varegem” (Belçika) və “Sofiya” (Bolqarıstan) ilə görüşəcək.
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0