SSRİ-nin futbol veteranları yenidən Bakıya gələcəklər
07.05.2008 - 15:48
SSRİ-nin futbol veteranları yenidən Bakıya gələcəklər
Bakı. Elşən Məmmədov-APA-Sport. SSRİ-nin veteranlar futbolçulardan ibarət yığma komandası yenidən Bakıya gələcək. Bu haqda “APA-Sport” agentliyinə “Neftçi” Veteranları Futbol Klubunun sədri Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, oktyabrın 15-də keçiriləcək prezident seçkisi öncəsi vaxtilə SSRİ millisinin heyətində çıxış etmiş məşhur futbolçular “Neftçi” veteranları ilə yoldaşlıq görüşü keçirəcəklər: “Rusiya veteranlarının rəhbəri Vladimir Semikin mənə telefon açaraq, az öncə Bakıda təşkil olunan Bakı və Moskva veteranları arasındakı yoldaşlıq matçından razı qaldıqlarını və 15 oktyabr prezident seçkisi öncəsi yenidən Bakıya gəlmək istədiklərini bildirdi. Amma bu dəfə paytaxtımıza təkcə Rusiya deyil, Ukrayna və Gürcüstan komandalarında çıxış etmiş veteranlar da təşrif buyuracaqlar”.
0