Saşa Yunisoğlu Polşa çempionuna qarşı 90 dəqiqə oynayıb
08.05.2008 - 09:46
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycan milli komandasının futbolçusu Saşa Yunisoğlu 18 günlük fasilədən sonra Polşa çempionatında çıxış edib. “APA-Sport” agentliyinin məlumatına görə, “Qrotslin” klubunun 23 yaşlı müdafiəçisi güclülər dəstəsində 7-ci, komandanın əsas heyətində 13-cü matçını keçirib. Ölkə çempionluğunu təmin edən “Visla” ilə qarşılaşmada (0:0) S.Yunisoğlu 90 dəqiqə meydanda olub. Bu heç-heçədən sonra hesabında 57 xal olan “Qrotslin” şəxsi oyunların nəticəsinə görə “Lex”i qabaqlayaraq 3-cü pillədə qərarlaşıb. Avrokuboklara vəsiqəni təmin etmiş “Visla”nın 74, “Legiya”nın 60 xalı var.
Qeyd edək ki, “Qrotslin” qazandığı bir xalla ən azı İntertoto kubokuna vəsiqəni təmin edib. Lakin qrodzisklilərin UEFA, yoxsa İntertoto kubokuna qatılacaqları son turda müəyyənləşəcək.
Qeyd edək ki, “Qrotslin” qazandığı bir xalla ən azı İntertoto kubokuna vəsiqəni təmin edib. Lakin qrodzisklilərin UEFA, yoxsa İntertoto kubokuna qatılacaqları son turda müəyyənləşəcək.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0