“Neftçi” Bakıda uduzmadığı “Xəzər-Lənkəran”a qarşı
08.05.2008 - 11:25
“Neftçi” Bakıda uduzmadığı “Xəzər-Lənkəran”a qarşı
“Neftçi”dən fərqli, “Xəzər-Lənkəran”ın çempionluq şansı az olsa da, bu rəqiblər arasında prinsipiallığın qalması oyunun əhəmiyyətini saxlayır. Lənkəranlılar son iki qarşılaşmada “Neftçi”yə (hər ikisində 0:1) məğlub olduğundan, əvəz çıxmağa çalışacaq. Flaqmanın indiyədək rəqibinə öz meydanında uduzmamağı da rəqabəti artırır. “Xəzər-Lənkəran” indiyədək “Neftçi”yə yalnız bir dəfə qalib gəlib ki, bu da hazırkı baş məşqçi Ağasəlim Mircavadovun dönəminə təsadüf edir. 61 yaşlı mütəxəssis iki il öncə “Xəzər-Lənkəran”da rəsmi debütünü yollarını ayırdığı “Neftçi”ni Lənkəranda 2:1 hesabı ilə yenməklə qeyd edib. Prinsipial rəqiblərin görüşünün nəticəsi ilk növbədə “Olimpik”in diqqət mərkəzində olacaq. Belə ki, Premyer Liqanın lideri qarşıdakı turda oyununu mayın 12-də keçirəcəyindən, “Neftçi” – “Xəzər-Lənkəran” görüşünü izləmək, hesabı vaxtından əvvəl bilmək imkanına malik olacaq. Ən yaxın izləyicisi “Neftçi”nin xal itirməsini gözləyən “Olimpik”i bu dəfə də çətin sınaq gözləyir. Paytaxt təmsilçisinin rəqibi tarixində ən böyük hesablı məğlubiyyətini aldığı Yevlaxın “Karvan” klubudur. Yunis Hüseynovun çalışdırdığı “Karvan” iki il öncə elə “Şəfa” stadionunda “Olimpik” üzərində 5:0 hesablı qələbə qazanıb.

9 may

“Standard” – ABN

Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 1:0

11 may

“Masallı” – “Simurq”

Lənkəran. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 0:1

“Neftçi” – “Xəzər-Lənkəran”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 1:0

“İnter” – “Turan”
Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 4:0

12 may

“Olimpik” – “Karvan”

Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 1:0

“Bakı” – “Qarabağ”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 1:1

“Qəbələ” – “Gənclərbirliyi”
Qəbələ. Şəhər stadionu
İlk dövrədəki oyun – 6:0

Turnir cədvəli

Klub

o

q

h

m

t

x

1

Olimpik

23

16

6

1

27-6

54

2

Neftçi

23

15

6

2

39-17

51

3

İnter

23

15

4

4

45-17

49

4

Xəzər-Lənkəran

23

13

8

2

42-15

47

5

Qarabağ

23

10

6

7

24-16

36

6

Qəbələ

23

11

1

11

30-29

34

7

Simurq

23

9

6

8

28-22

33

8

Bakı

23

7

9

7

29-24

30

9

Masallı

23

7

4

12

24-37

25

10

Standard

23

5

8

10

25-24

23

11

Karvan

23

6

4

13

21-29

22

12

Turan

23

4

5

14

18-42

17

13

Gənclərbirliyi

23

4

1

18

17-60

13

14

ABN

23

2

6

14

12-43

12



Bombardirlər: Xaqani Məmmədov (“İnter”) – 16, Branimir Subaşiç (“Neftçi”) - 14, Junivan Suares (“Olimpik”) - 11.
0