“Karvan”ın legionerinə məşq etməyə icazə verilmir
08.05.2008 - 13:26
“Karvan”ın legionerinə məşq etməyə icazə verilmir
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan Premyer Liqasının lideri “Olimpik” ilə səfər matçına Bakıda hazırlaşan Yevlaxın “Karvan” klubunun heyətində bəzi itkilər var. “APA-Sport” agentliyinin məlumatına görə, Yevlax komandasının türkmənistanlı legioneri Məkan Nəsirovla Zeynal Zeynalov yüngül məşqlərlə kifayətlənməli olur. Buna səbəb hər iki futbolçunun sağlıq durumu ilə bağlı problemlə üzləşməsidir. Premyer Liqanın ikinci dövrəsindən “Karvan”ın şərəfini qoruyan Z.Zeynalov dabanından aldığı zədəni müalicə etdirir. Komanda yoldaşı ilə müqayisədə M.Nəsirovun problemi daha ciddidir. Məsələ ondadır ki, türkmənistanlı müdafiəçinin ürəyində problemlər olduğu üçün, ona məşq etməyə, tam yüklənməyə icazə verilmir. Belə olan halda, istirahət verilən futbolçunun mövsümün sonunadək meydana çıxmaması nəzərdə tutulub.
0