Meho Kodro: “Azərbaycana qarşı Bosniya və Herseqovina çempionatında çıxış edən 2-3 futbolçu oynaya bilər”
08.05.2008 - 14:25
Meho Kodro: “Azərbaycana qarşı Bosniya və Herseqovina çempionatında çıxış edən 2-3 futbolçu oynaya bilər”
Vətənində mətbuata müsahibə verən mütəxəssis bildirib ki, Azərbaycanla qarşılaşmaya iki gün qalmış yetirmələrini bir araya gətirəcək. Onun sözlərinə görə, hazırlıqlara təxminən 20 futbolçu cəlb olunacaq: “Bu matça Sarayevoda hazırlaşmaq haqda fikirləşirik. İndi yaxşı formada olan bir çox futbolçular var ki, onlar bu qarşılaşmada özlərini göstərmək şansı qazanacaq. Düzdür, ölkə çempionatının son turunun mayın 31-də keçirilməsi işimizə problem yarada bilərdi. Lakin yığmada yer uğrunda Bosniya və Herseqovina klublarında çıxış edən cəmi 2-3 futbolçu rəqabət aparır. Söhbət ilk növbədə “Sloboda”da oynayan Said Hüseynoviçlə “Jelezniçar”ın futbolçusu Semir Ştiliçdən gedir. Onlar yalnız Azərbaycanla matçda oynamaq yox, ümumiyyətlə, əsas milliyə namizədlər sırasındadır. Bu iki futbolçu gənclərdən ibarət millidə də özünü yaxşı tərəfdən göstərib”.
Qeyd edək ki, Azərbaycanla görüşədək daha bir oyun keçirmək fikrində olan M.Kodronun yetirmələrinin İran yığması ilə görüşünün də vaxtı dəyişdirilib. Belə ki, Tehranda keçiriləcək matç əvvəldən planlaşdırıldığı kimi mayın 27-də deyil, bir gün əvvəl keçiriləcək.
0