“Parlament kuboku-2008” futbol turniri start götürür
08.05.2008 - 16:44
“Parlament kuboku-2008” futbol turniri start götürür
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycan parlamentinin 90 illik yubileyi ilə əlaqədar Milli Məclis tərəfindən “Parlament kuboku-2008” futbol turniri təşkil ediləcək. “APA-Sport” agentliyinin Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, turnirin açılış mərasimi mayın 11-də Bakı Dövlət Universitetinin idman kompleksində olacaq. Tədbirdə Milli Məclis rəhbərliyi, deputatlar, turnirə qatılacaq komandaların təmsil etdikləri nazirliklərin rəhbər işçiləri qatılacaqlar. Milli Məclis və İcra Hakimiyyəti orqanlarının futbol komandaları arasında keçiriləcək yarışda 16 komanda qüvvəsini sınayacaq. Açılış mərasimindən sonra Milli Məclis və İqtisadi İnkişaf Nazirliyinin komandaları qarşılaşacaq. Bir ay davam edəcək turnirin final matçı iyunun 11-də olacaq.
0