“Olimpik” – “Karvan” matçını Anar Salmanov idarə edəcək
08.05.2008 - 16:53
“Olimpik” – “Karvan” matçını Anar Salmanov idarə edəcək
Bakı. Mehman Süleymanov-APA-Sport. AFFA-nın Hakimlər Komitəsi Azərbaycan Premyer Liqasının XXIV turuna təyinatları açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Premyer Liqanın lideri “Olimpik”in çempionluq uğrunda “Karvan”la vacib oyununu 28 yaşlı Anar Salmanov idarə edəcək.

“Standard” - “ABN.
Baş hakim: Samir Hüseynov. Hakim-köməkçiləri: Ramiz Əsədov, Azər Əsgərov, Fuad Həsənov

“Masallı” - “Simurq”.
Baş hakim: Rövşən Əhmədov. Hakim-köməkçiləri: İqor Şpakovski, Rauf Məmmədov, Zahid Musayev

“Neftçi” - “Xəzər-Lənkəran”.
Baş hakim: Stefan Messner. Hakim-köməkçiləri: Bernd Eygler, Andreas Fellinger, Elçin Səmədli

“İnter” – “Turan”.
Baş hakim: Babək Quliyev. Hakim-köməkçiləri: Roman Vasilyev, İsgəndər Əliyev, Ramin Diniyev

“Olimpik” - “Karvan”.
Baş hakim: Anar Salmanov. Hakim-köməkçiləri: Elman Musayev, Habil Əliyev, Ceyhun Haşımov

“Bakı” - “Qarabağ”.
Baş hakim: Zöhrab Qədiyev. Hakim-köməkçiləri: Munis Abdullayev, Aydın Ələkbərov, Venera Muradova

“Qəbələ” - “Gənclərbirliyi”.
Baş hakim: Anar Niyazov, Vasif Məmmədov, Eldar Nağıbəyov, Rasim Məmmədov
0