Vitali Mutkonun Mişel Platiniyə şikayət etdiyi hakim “Neftçi” - “Xəzər-Lənkəran” oyununa təyinat alıb
08.05.2008 - 17:05
Vitali Mutkonun Mişel Platiniyə şikayət etdiyi hakim “Neftçi” - “Xəzər-Lənkəran” oyununa təyinat alıb
Ş.Messner UEFA kubokunun “Vilyareal” – “Zenit” (2:1) matçında iş başında olub ki, həmin qarşılaşmada rusiyalılar baş hakimdən ciddi narazı qalıb. Hətta Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko Ş.Messnerdən UEFA prezidenti Mişel Platiniyə rəsmi şikayət məktubu da göndərib. Avrokuboklarda 16 qarşılaşmanı idarə edən avstriyalı yığmalar səviyyəsində DÇ-2006-nın seçmə mərhələsində Andorra – Çexiya (0:4), AÇ seçmə mərhələlərində isə İsveç – San-Marino (5:0), Türkiyə - Malta (2:2) matçlarında iştirak edib.
1986-cı ildən hakimliklə məşğul olan Ş.Messner 1994-cü ildən Avstriya Bundesliqasında fit çalır. 2001-ci ildən FİFA hakimi olan avstriyalı güclülər dəstəsinin 160, birinci dəstənin 85, ölkə kubokunun 13 oyununu, həmçinin 2002-ci ildə Avstriya Superkubokunun matçını idarə edib.
44 yaşlı Ş.Messnerin köməkçilərindən biri olan 37 yaşlı Andreas Fellinger 1988-ci ildən hakimliyə başlayıb, 2001-ci ildən isə beynəlxalq dərəcəli hakimdir. Digər köməkçi hakim Bernd Eyqlerin isə nəinki beynəlxalq dərəcəsi, heç böyük təcrübəsi də yoxdur. O, yalnız ötən mövsüm Avstriyanın güclülər dəstəsində debüt edib.
Qeyd edək ki, Ş.Messner FİFA-nın ən yaxşı hakimləri arasında ikinci (ardıcıllığına görə üçüncü) kateqoriyaya daxildir.





0