“Neftçi” cari mövsümdə hər üç məğlubiyyətini Tofiq Bəhramov adına stadionunda alıb
12.05.2008 - 10:42
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun ukraynalı baş məşqçisi Anatoli Demyanenko Azərbaycan Premyer Liqasında ilk dəfə məğlub olub. “APA-Sport” agentliyinin məlumatına görə, 49 yaşlı çalışdırıcının rəhbərliyi altında keçirdiyi əvvəlki 10 matçdan heç birində uduzmayan bakılılar “Xəzər-Lənkəran”la qarşılaşmadan xalsız ayrılıb. Azərbaycan Premyer liqasının XXIV turunda rəqibini 1:0 hesabı ilə məğlub edən lənkəranlılar sabiq baş məşqçisi Viktor Pasulkonun rekordunun toxunulmazlığını qoruyub. Belə ki, Ağasəlim Mircavadovun sələfi Azərbaycan Premyer Liqasında uduzmayan yeganə əcnəbi mütəxəssis kimi tarixə düşüb. “Xəzər-Lənkəran” V.Pasulkonun rəhbərliyi altında ardıcıl 13 matçda məğlub olmamışdı. A.Demyanenkodan fərqli, onun komandası daha uzun müddətli seriyaya malik idi. Ötən il oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı”ya 1:5 hesabı ilə uduzan flaqman ardıcıl 15 matçda heç kimə 3 xal vermirdi.
Qeyd edək ki, “Neftçi” cari mövsümdə Premyer Liqa qarşılaşmalarında aldığı bütün məğlubiyyətlərə bu stadionda üzülüb. “Xəzər-Lənkəran” və “Bakı” kimi ölkənin ən titullu klubunu üstələyə bilən “Turan” ilk turda 2:1 hesabı ilə səfərdə qalib gəlmişdi.

0
0