Bakının “Olimpik” klubu Avropada 52-ci yerdədir
13.05.2008 - 10:43
Bakının “Olimpik” klubu Avropada 52-ci yerdədir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının lideri “Olimpik” Avropanın ən güclü klubları arasında 52-ci yerdədir. “APA-Sport” agentliyinin məlumatına görə, qitənin 3093 komandasının yer aldığı reytinq cədvəlində Azərbaycan təmsilçiləri arasında ən yüksək yeri qaytaran bakılılar son bir həftədə 32 pillə irəliləyiblər. Hər həftə yenilənən siyahıda “Qarabağ” mövqeyini daha çox - 353 pillə yaxşılaşdırıb. Öz meydanında qələbə qazana bilməyən “Bakı” və “Qəbələ” digərləri ilə müqayisədə geriləməklə diqqət çəkib. Siyahıya ötən həftə olduğu kimi, İngiltərənin “Mançester Yunayted” (2065,32) və “Çelsi” (2025,49) klubları başçılıq edir. Üçüncü pilləyə isə İtaliyanın “İnter” (1970,37) klubu yüksəlib.

52 (ötən həftə - 84). “Olimpik” 1833,26
102 (119). “Neftçi” 1792,22
106 (82). “İnter” 1789,25
309 (270). “Xəzər-Lənkəran” 1708,34
1177 (1530). “Qarabağ” 1587,12
1197 (1116). “Simurq” 1585,48
1496 (1174). “Bakı” 1562,76
2226 (1807). “Qəbələ” 1506,39
2388 (2360). “Standard” 1489,22
2471 (2222). “Karvan” 1480,78
2805 (2858). “Masallı” 1422,86
2921 (2969). “Turan” 1385,76
2942 (2984). ABN 1373,80
3085 (3081). “Gənclərbirliyi” 1246,10
0