Anatoli Demyanenko: “Mən Lobanovskiyə kömək etmək şərəfinə nail olmuşam”
13.05.2008 - 15:24
Anatoli Demyanenko: “Mən Lobanovskiyə kömək etmək şərəfinə nail olmuşam”
Bakı. Elşən Məmmədov-APA-Sport. “Təəssüf ki, hazırkı işim Azərbaycandan Kiyevə yollanmağıma imkan vermir”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu Ukrayna mətbuatına müsahibəsində “Neftçi” klubunun baş məşqçisi Anatoli Demyanenko deyib. 49 yaşlı mütəxəssis mayın sonlarında mütləq Kiyevə yollanacağını açıqlayıb. Bu gün ölümünün 6 ili tamamlanacaq tanınmış ukraynalı mütəxəssis Valeri Lobanovski haqda xatirələrini bölüşüb: “Mən Lobanovskinin rəhbərliyi altında əvvəlcə futbol oynamaq, sonra isə ona məşqçi kimi kömək etmək şərəfinə nail olmuşam. Bu səbəbdən onun vaxtilə əyləşdiyi kresloda oturmaq mənim üçün çox ağır idi. Tez-tez Lobanovskinin məzarını ziyarət edirdim. Belə insanlar yüz ildə bir dəfə doğulurlar”.
0