Ramin Musayev: “Neftçi” İntertoto kubokunda mübarizə aparacaq”
13.05.2008 - 18:01
Ramin Musayev: “Neftçi” İntertoto kubokunda mübarizə aparacaq”
Hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində üçüncü pillədə qərarlaşan və ölkə kubokunda mübarizəni dayandıran “Neftçi” UEFA kubokundan kənarda qala bilər. Bununla belə, R.Musayev hadisələri qabaqlamağı məqsədəuyğun saymayıb: “Çempionatın qurtarmasına iki tur qalıb və UEFA kubokuna düşmək şansımız var. Biz İntertotoda çıxış edəcəyimizlə indidən barışmamışıq. Əgər bu turnirə vəsiqə qazansaq, oynayacağıq. İki il əvvəl İntertotodan imtina etsək də, bu dəfə vəziyyət fərqlidir. Həmin vaxt cərimə ödəmək lazım deyildisə, bu dəfə imtina ağır maliyyə sanksiyası bahasına başa gəlir. Azərbaycan futbolunu layiqli təmsil etmək məqsədilə İntertotoda uğurla çıxış edəcəyik”.
Qeyd edək ki, UEFA İntertotoda mübarizə aparmaqdan imtina edən klubu 300000 İsveçrə frankı məbləğində cərimələyir.
0