Meho Kodro: “Bosniya və Herseqovina yığmasının baş məşqçi postunda dəyişikliyin olacağından qorxmuram”
15.05.2008 - 10:04
Meho Kodro: “Bosniya və Herseqovina yığmasının baş məşqçi postunda dəyişikliyin olacağından qorxmuram”
İyunun 1-də keçiriləcək yoldaşlıq görüşündə Azərbaycan milli komandasının rəqibi olacaq balkanlılar görüşə yeni məşqçi ilə çıxa bilər. Mayın 26-da Tehranda İranla qarşılaşmanın keçirilməsini razılaşdıran yerli federasiya ilə buna narazılığını açıq şəkildə ifadə edən mütəxəssis arasındakı gərginlik azalmır: “Yığma ətrafında son vaxtlar baş verənlər məni müstəqillikdən məhrum edə bilməz. Federasiya mənim xəbərim olmadan İranla yoldaşlıq oyunu haqda razılıq əldə edib. Hərçənd anlaşarkən mənə başqa söz vermişdilər. Bu matçla bağlı ortaq məxrəcə gələ bilmiriksə, müqavilənin şərtlərini yeniləməliyik ki?”
Qeyd edək ki, “Velej” (1985-1991), “Real Sosyedad” (İspaniya, 1991-95), “Barselona” (İspaniya, 1995/96), “Tenerife” (İspaniya, 1996-99), “Alaves” (İspaniya, 1999/2000), “Makkabi” (Təl-Əviv, İsrail, 2000/01) klublarında futbolçu kimi çıxış edən M.Kodro İranla görüşün keçirilməsinin əleyhinədir. 2006-2008-ci illərdə “Real Sosyedad”ın ikinci məşqçisi olan mütəxəssis hətta Tehrana ikinci heyətin yollanması təklifi ilə də çıxış edib.
0