Georgi Adamiya: “Neftçi”dən “Xəzər-Lənkəran” və ya “İnter” klubuna transferim istisna deyil”
15.05.2008 - 14:59
Georgi Adamiya: “Neftçi”dən “Xəzər-Lənkəran” və ya “İnter” klubuna transferim istisna deyil”
Komanda rəhbərliyindən yeni təklif aldığını bildirən 27 yaşlı gürcü futbolçu vurğulayıb ki, fikrini mövsümün sonunda qətiləşdirəcək: “Hələlik iki oyunumuz qalıb. Qələbə qazanmaq məqsədilə bütün diqqəti həmin matçlara yönəltmişik. Başa düşürəm, həmişə çempion olmaq, kuboku qazanmaq mümkün deyil. Amma ardıcıl üç mövsüm titulsuz qalmaq mənə çox pis təsir. “Neftçi”ni tərk etmək variantını istisna etmirəm”. “Xəzər-Lənkəran” və “İnter”ə keçmək variantının olduğunu söyləyən G.Adamiya yenidən Ağasəlim Mircavadovun rəhbərliyi altında çıxış edə bilər: “Seçimdə yanılmaq istəmirəm. “Neftçi” ilə yanaşı, “İnter” və “Xəzər-Lənkəran”dan gələn təklifləri də nəzərdən keçirirəm. Bu komandalara transferim istisna deyil. Ümumiyyətlə, mənimlə maraqlanan klublardan ən yaxşısı ilə müqavilə bağlayacağam”.
Qeyd edək ki, G.Adamiya yeganə Azərbaycan çempionluğunu 2005-ci ildə “Neftçi”də A.Mircavadovun rəhbərliyi altında qazanıb.
0