Azərbaycana gələn almaniyalı hakimlərdən yalnız Babak Rafati “Kikker”dən yüksək qiymət alıb
15.05.2008 - 15:41
Azərbaycana gələn almaniyalı hakimlərdən yalnız Babak Rafati “Kikker”dən yüksək qiymət alıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan kubokunun final matçı Almaniya Bundesliqasının 13-cü hakiminə həvalə olunub. “APA-Sport” agentliyinin məlumatına görə, “Xəzər-Lənkəran” - “İnter” görüşünü idarə edəcək Manuel Qraf həmyerlilərindən yalnız 6-nı qabaqlayır. Belə ki, Almaniyanın nüfuzlu “Kikker” nəşri öz qiymətləndirməsinə əsasən, Bundesliqanın 19 hakiminin sıralamasını tərtib edib. Hakim inspektorların verdiyi qiymətlərdən fərqli, mətbu orqanının verdiyi balların azlığı idarəçiliyin yaxşı olmasından xəbər verir. M.Qraf carı mövsüm Bundesliqasının yalnız bir matçında – “Nürnberq” - “Bavariya” görüşündə ideala yaxın hakimlik edib – 1,0 bal. FİFA hakiminin iki uğursuz oyunu olub ki, bu matçların hər birində M.Qraf iki dəfə kobud səhv etdiyi üçün aşağı qiymət alıb. “Arminiya” – “Ştutqart” qarşılaşmasında həmkarlarımız onun bərbad idarəçiliyini 6,0, “Bayer” – “Volfsburq” matçında isə 5,5 balla qiymətləndirib. Elə sonuncu oyunun nəticəsidir ki, M.Qraf 3 turdur Bundesliqa oyunlarına təyinat almır. Hərçənd 35 yaşlı hakim bu mövsüm ən pis halda iki turdan artıq istirahət etməyib.

Azərbaycanda idarə etdiyi oyun

hakim

“Kikker”in orta qiyməti

Oyun

Mövsüm ərzində buraxdığı kobud səhvlər

Bundesliqada tutduğu yer

“İnter” – “Neftçi”

Babak Rafati

2,93

16

6

4

“Neftçi” – “İnter”

Mark Simonn

3,31

8

2

12

“Xəzər-Lənkəran” – “İnter”

Manuel Qraf

3,38

17

4

13

“Olimpik” – “Neftçi”

Knut Kirxer

3,53

15

4

16

“İnter” – “Olimpik”

Peter Sippel

3,73

13

6

18



Qeyd edək ki, Azərbaycana dəvət olunan almaniyalı hakimlər arasında yalnız Babak Rafati ilk “onluq”da qərarlaşıb.
0