Ramin Musayev: “Sadıqov, Tağızadə və Adamiya istənilən kluba keçə bilərlər”
15.05.2008 - 15:30
Onun sözlərinə görə, rəhbərlik hazırkı heyəti qorumaq üçün əlindən gələni əsirgəməyəcək: “Biz aparıcı futbolçularımızı saxlamaq istəyirik. Onlarla razılığa gəlməyə çalışacağıq. Ancaq futbolçuların gedişi variantının real olduğunu da başa düşürük. Bu, başqa klubların qiymətləri süni artırması ilə bağlıdır ki, nəticədə əsas futbolçularımız gedə bilərlər”. Hazırda turnir cədvəlində 3-cü yerdə gedən “Neftçi” klubunun İntertoto kubokunda çıxış etməsi realdır və bu turnirdə yeni mövsümə bir aydan sonra start veriləcək. Vitse-prezident bildirib ki, heyətlə bağlı qaranlıq məqamlara yaxın vaxtda aydınlıq gətirmək fikrindədir: “Baş məşqçi Anatoli Demyanenko və klub prezidenti Əkbər Hacıyevlə heyət, transferlərlə bağlı görüşüm olacaq. Bundan sonra bir çox məsələlərə aydınlıq gələcək”.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0