Rəşad Sadıqov: “Məni növbəti mövsümdən başqa klubda görəcəksiniz”
15.05.2008 - 17:46
Rəşad Sadıqov: “Məni növbəti mövsümdən başqa klubda görəcəksiniz”
Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun müdafiəçisi Rəşad Sadıqov deyib. Hələlik hər hansı klubla danışıq aparmadığını bildirən 26 yaşlı futbolçu növbəti mövsümdən başqa komandada çıxış edəcəyini istisna etməyib. Ölkənin ən titullu komandasından gedəcəyini maliyyə ilə əlaqələndirməyən R.Sadıqov daha çox psixoloji amilləri önə çəkib: “Komandamız ətrafında müxtəlif söz-söhbətlər yayılır, layiq olmadığımız münasibətlə üzləşirik. Gələcək karyeramı müəyyənləşdirərkən şəxsi məsələləri də nəzərə alacağam. Yenidən Türkiyədə oynamaq variantı olarsa, qəbul etməyə hazıram. Hətta ola bilsin ki, növbəti mövsümdə məni yerli klublardan birində gördünüz”.
0