Rasim Kara: “Türkiyə Superkubokunun Bakıda keçirilməsi Azərbaycan üçün böyük reklam idi”
16.05.2008 - 15:51
Rasim Kara: “Türkiyə Superkubokunun Bakıda keçirilməsi Azərbaycan üçün böyük reklam idi”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Türkiyə Futbol Federasiyasının (TFF) “Qalatasaray” və “Kayserispor” arasında Superkubok matçının Azərbaycanda keçirmək istədiyini bilirdim. Həmyerlilərimin bununla bağlı Bakıya səfərindən də xəbərdaram”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Rasim Kara deyib. Türkiyəli çalışdırıcı belə mötəbər oyunların ölkəmizdə keçirilməsini vacib sayır: “Türkiyə Superkubokunun Bakıda keçirilməsi Azərbaycan üçün böyük reklam olardı. Bu, həm də iki ölkənin futbol federasiyaları arasında əlaqələr, qarşılıqlı əməkdaşlığın güclənməsi baxımından da əhəmiyyətlidir. Superkubok oyununun burada keçirilməsini istəyirəm və bunun gələn il reallaşacağına ümidliyəm”.
Qeyd edək ki, TFF avqustun 17-də “Qalatasaray” – “Kayserispor” görüşünün Bakıda keçirilməsi haqda qərar çıxarsa da, Azərbaycan buna razılığını verməyib.
0