Özbəkistan milli komandasının sabiq baş məşqçisi Azərbaycanda çalışacaq
16.05.2008 - 15:54
Özbəkistan milli komandasının sabiq baş məşqçisi Azərbaycanda çalışacaq
Futbolçu karyerasını bitirən kimi “Fortuna”nın (Düsseldorf) istefaya göndərilən baş məşqçisini əvəzləyib. Lakin Y.Qedenin Bundesliqada baş məşqçi fəaliyyəti iki ayla məhdudlaşıb. 16 il əvvəl yanvarın 24-də klubla anlaşan çalışdırıcı martın 25-də istefaya göndərilib. Həmin il güclülər dəstəsini tərk edən “Fortuna” mütəxəssisin rəhbərliyi altında 7 oyunda 3 heç-heçə edib və 4 dəfə uduzub. Onun komandasında Tomas Allofs da çıxış edib. Bundan sonra Düsseldorf təmsilçisində idman direktoru kimi işləyən Y.Qede 1998-ci ildə bir neçə aylıq İrana yollanıb və tezliklə istefaya göndərilib. Sonra Almaniyanın aşağı dəstə klubları “Lipştadt”, “Essen”, “Rot Vays” və “Oberhauzen”də çalışan mütəxəssis 2005-ci ildə Daşkənddən təklif alıb. Dünya çempionatının seçmə mərhələsində Cənubi Koreyaya məğlubiyyətdən sonra vəzifəsindən azad olunub. Mütəxəssis bu postda cəmi 3 oyun keçirib: seçmə mərhələdə Səudiyyə Ərəbistanı ilə 1:1, Küveytlə 2:1, Cənubi Koreya ilə 1:2.
1956-cı il noyabrın 14-də anadan olan Y.Qede peşəkar karyerasını Bundesliqada başlayıb. 1975-77-ci illərdə “Şalke-04”də çıxış edən yarımmüdafiəçi karyerasının yerdə qalan hissəsini aşağı dəstədə keçirib. Bundesliqada cəmi 33 matç (2 qol) keçirməsinə baxmayaraq, 1977-ci ildə 21 yaşlı futbolçu ilk titulunu qazanır və ölkə çempionu olduğu komandanı tərk edib. İki ik aşağı dəstənin “Prussen” klubunda çıxış edən yarımmüdafiəçi 1979-cu ildə keçdiyi “Fortuna”da (Köln) 1991-ci ildə karyerasını bitirənədək oynayıb. Aşağı dəstədə 415 qarşılaşmada 58 qol vuran orta sahə oyunçusu ikinci titulunu qazanıb. 1983-cü ildə aşağı dəstə təmsilçisi ilə birgə Almaniya kubokunu başı üzərinə qaldırıb.
0