Əli Quliyev: “Artıq Premyer Liqadan əlimizi üzmüşük”
16.05.2008 - 17:23
Əli Quliyev: “Artıq Premyer Liqadan əlimizi üzmüşük”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Artıq Premyer Liqadan əlimizi üzmüşük”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bərdənin ABN klubunun baş məşqçisi Əli Quliyev deyib. Azərbaycan Premyer Liqasının autsayderinin çalışdırıcısı komandasının güclülər sırasında qalacağını möcüzəyə bənzədib: “Bakı” ilə oyun haqda heç nə deyə bilmərəm. Düzdür, birinci dövrədə bu komanda ilə səfərdə heç-heçə etmişik. Amma indi vəziyyət başqa cürdür. “Gənclərbirliyi” ilə “Turan” son görüşlərdə kifayət qədər xal toplayıb ki, bunun necə mümkün olduğunu bilmirəm. Gələn mövsüm birinci dəstədə mübarizə aparıb geri qayıtmağa çalışacağıq. Bu il isə bilmək olmaz, bəlkə Premyer Liqada qaldıq. Həyatda hər cür möcüzələr olur”.
0