Elvir Boliç: “Futbol Federasiyası ilə problem həll olunmasa, Azərbaycanla oyundan öncə istefa verəcəyik”
16.05.2008 - 17:46
Elvir Boliç: “Futbol Federasiyası ilə problem həll olunmasa, Azərbaycanla oyundan öncə istefa verəcəyik”
37 yaşlı menecer vəziyyətin İranla oyuna görə gərginləşdiyini bildirib: “Milli komandamız iyunun 1-də Azərbaycanla qarşılaşacaq. Amma federasiya rəhbərliyi mayın 27-də İranla yoldaşlıq görüşü keçirməyi razılaşdırıb. Özü də onlar bunu bizdən xəbərsiz ediblər. Biz isə bu matçın keçirilməsini istəmirik. Çünki indi bosniyalı futbolçuların əksəriyyəti istirahətdədir. Belə olan halda, uzaq məsafə qət edərək, İranla qarşılaşmaq yersizdir”. E.Boliç vurğulayıb ki, futbol məmurları öz fikirlərindən daşınmasalar, bütün məşqçi və texniki heyət üzvləri yığmadan ayrılacaqlar.
Qeyd edək ki, uzun müddət Türkiyənin “Qalatasaray” və “Fənərbaxça” klublarında oynamış E.Boliç bir neçə ay öncə peşəkar futbolçu karyerasını başa vurub.
0