Tuyqun Nadirov: “Olimpik” klubunu darmadağın edəcəyik”
16.05.2008 - 17:59
Tuyqun Nadirov: “Olimpik” klubunu darmadağın edəcəyik”
Lənkəran. Mehman Süleymanov - APA-Sport. “Biz “Olimpik”ə xal verməyəcəyik. “Neftçi” ilə oyun öncəsi də belə xoşagəlməz söz-söhbətlər yayılmışdı. Amma komandamız bunun absurd olduğunu sübut etdi. “Neftçi”nin ardınca, “Olimpik”i də məğlub etmək əzmindəyik”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib. Azərbaycan Premyer Liqasının qarşıdakı turunda sabah “Olimpik”i qəbul edəcək “Xəzər-Lənkəran”ın rəsmisi güclü rəqiblə qarşılaşacaqlarını bildirib: “Rəqib Azərbaycan çempionu ilə görüşəcəyi nəzərə alınmalıdır. Növbəti çempionluğu bu komandanın qazanmağa ən şanslı olması motivasiyamızı artırır. Belə olan halda, lideri böyük hesabla məğlub etməyə köklənmişik. “Olimpik” indiyədək Lənkəranda uduzub. Ötən mövsümün ikinci dövrəsində ilk məğlubiyyətini bizdən alıb. Bir ilə yaxın məğlubiyyətsiz oyunlar seriyasını da “Xəzər-Lənkəran” qırdı. Bir sözlə, bu komandanı yenmək gücündəyik. Niyə də növbəti qələbə olmasın?”
0